Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı davanı udub

DÜNYA
20:15 18.01.2022
410
Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) "Nikol Paşinyan Ermənistana qarşı” davasına dair qərarını açıqlayıb.

AZXEBER.COM qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi, həmçinin 5-ci maddəsinin 1-ci bəndi pozulub.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə bağlıdır. Seçkilər zamanı namizədlərdən biri, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olan N.Paşinyan bildirib ki, martın 1-də İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına polis hücum edib və onları qəddarlıqla döyüb.

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsi tərəfindən 2 ay müddətli həbs cəzasına məıhkum edilib.

ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR