Nikol Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”

Nikol Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”
SİYASƏT
10:12 10.03.2021
429
"Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan etibarən vəzifəsindən azad edilmiş sayılır. Belə ki, ölkə prezidenti Armen Sarkisyan baş nazir tərəfindən Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair təqdim edilmiş təklifi imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatında bildirilib.

Ermənistan hökumətinin saytında dərc edilən bəyanatda qeyd olunub ki, "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun müddəalarını rəhbər tutaraq 2021-ci il fevralın 25-də prezidentə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi təklifi ilə sənədə əlavə edilmiş sərəncam layihəsi təqdim olunub.

Fevralın 27-də prezident Armen Sarkisyan sərəncam layihəsi ilə əlaqədar Baş nazir Aparatına etiraz göndərib. Prezidentin verdiyi etirazlar baş nazir tərəfindən qəbul edilməyib və fevralın 28-də müvafiq əsaslarla təkrar prezidentə məktub göndərilib.

"Prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas götürərək 10 mart 2021-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”, - baş nazirin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, daha öncə Ermənistan Prezidentinin Administrasiyası bəyanat yayaraq Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciətinin qanunla müəyyənləşdirilmiş müddətinin olmadığını açıqlayıb. Bəyanatda vurğulanıb ki, prezident tezliklə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun konstitusiyaya uyğunluq məsələsini müəyyənləşdirmək məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır