Nilüfər Konqres Mərkəzində sevgi və səmimiyyət dolu konsert proqramı ilə çıxış etdi - FOTOLAR

Nilüfər Konqres Mərkəzində sevgi və səmimiyyət dolu konsert proqramı ilə çıxış etdi - FOTOLAR
MAQAZİN
16:32 03.11.2025
242
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Nilufər paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edib. 
 
AZXEBER.COM xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan gecədə əfsanəvi sənətkar pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb. Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan musiqi tədbirlərindən birinə çevirib. 

Gecənin emosional məqamlarından biri Nilüfərin dərin hisslərlə ifa etdiyi "Yandırdın qəlbimi” mahnısı olub.

Konsertin bir digər unudulmayan məqamı Nilüfərin səhnəyə gənc bir pərəstişkarını dəvət etməsi olub. Sözügedən tamaşaçının da adı Nilüfər idi. Onlar birlikdə "Son arzum” mahnısını ifa edərək, zalda səmimi və duyğulu anlar yaradıblar. Lakin gecənin ən səmimi və əyləncəli anı tamaşaçılar arasından gəlib. Zalda əyləşən bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib. O, 35 illik ailə həyatları boyunca yalnız Nilüfərin mahnılarını dinlədiklərini bildirərək, sənətçiyə təşəkkür edib. Daha sonra xanım gülümsəyərək səhnəyə qalxıb və "Rəşid, bizi çək!” deyib. Bu məqam zalda həm gülüş, həm də alqış sədaları ilə qarşılanıb. Bu sözlərdən sonra Rəşid bəy də zaldan səhnəyə yaxınlaşaraq həyat yoldaşı və Nilüfərlə birgə xatirə şəkli çəkdirib. O da öz növbəsində sənətçiyə illərlə ailələrinə sevinc bəxş etdiyinə görə təşəkkürünü bildirib.

Gecedə iki geyim dəyişən sənətçi gözəlliyi ilə də göz oxşayıb. İki saat davam edən konsert boyunca köhnə və yeni mahnılarını canlı səsləndirən Nilüfər tamaşaçılara həm nostalji, həm də sevgi dolu bir musiqi səyahəti yaşadıb.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
18:15 18.10.2026
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Naxçıvanda avtomobil piyadanı vurub
18:13 18.10.2026
Naxçıvanda avtomobil piyadanı vurub
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO