Nişanlışını meşədə öldürən Zəhranın açıqlaması hər kəsi şoka saldı

MARAQLI
14:31 11.06.2020
1250
Türkiyədə nişanlısının boğazını kəsib, 8 yerdən bıçaqladığı üçün tutulan qızın yeni açıqlamaları hər kəsi şoka salıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Türkiyənin Qars şəhərində yaşayan Zehra nişanlısı ilə meşədə gəzərkən cinayət hadisəsi baş verib.
 
Bunun ardından Zehra şübhəli şəxs qismində saxlanılıb. 2016-cı ilsə sosial şəbəkədə tanış olan və 2019-cu ildə nişanlanan cütlük toy alış-verişi etmək üçün görüşüblər. Lakin meşədə gəzərkən onlar dalaşmağa başlayıb və Zehra Aras nişanlısı Emrah Öztürkün boğazını kəsərək öldürüb.
 
Polis araşdırma zamanı Zehranın nişanlısı ilə meşəyə girdiyi lakin oradan tək çıxdığını sübut edib. Qəsdən adam öldürmə maddəsi ilə tutulan Zehranın mühakiməsinə başlanıb.
 
Lakin Zehra Aras ifadəsində Emrahı onun öldürmədiyini, qorxduğu üçün yalan ifadə verdiyini açıqlayıb: "Emrahla sosial mediada tanış olduq və bu tanışlıq getdikcə irəlilədi. Hər dəfəsində mənə xeyli miqdarda pul göndərirdi. Daha sonra onun əqli çatışmazlığı olduğunu öyrəndim. Lakin ona yazığım gəldi və evlənməyə razı oldum. Ona tək şərtim evli olduğumuz müddətdə mənə əl qaldırmaması idi. Razı oldu və mənə təkidlə evlənmək istədiyin deyirdi.
 
Artıq 8 ay idi nişanlı idik. Ailəsi də mənimlə çox yaxşı rəftar edirdi. Emrahın pul göndərdiyini onlar da bilirdi və özləri də mənə qızıl alırdı. Sonuncu dəfə toy alış-verişi etmək üçün görüşdük. Yenə mənə qızıl aldı və təkidlə pul verdi. Xəstə olmasına baxmayaraq çox yaxşı insan idi”.
 
Zehra Aras cinayəti etiraf etdiyi ifadəsini təzyiq altında verdiyini deyib: "Ondan əvvəlki gün xeyli miqdarda spirtli içki qəbul etmişdim. Özümü çox pis hiss edirdim. Emrah da səhəri günü məni xəstəxanaya aparacağını təkid etdi. Evlərinin önündəki meşəlik ərazi ilə getməyə başladıq. Cibindən bir bıçaq çıxarıb məni öldürəcəyini dedi. Zarafat etdiyini düşünürdüm amma qaçmağa başladım. Emrah da mənim ardımca əlində bıçaqla qaçırdı. Qaçarkən üzü maskalı bir şəxs Emrahın əlindəkini alıb, onu bıçaqladı. Başqa bir maskalı şəxs də mənim ardımca qaçmağa başladı. Meşədən çıxışı güclə tapıb, qaçmağı bacardım. Emrahı mən öldürməmişəm".
 
Zehra Arasın əqli cəhətdən problemi olub-olmamasını araşdırmaq üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:13 11.07.2020

İranda koronavirus yayılmaqda davam edir

15:46 11.07.2020

İcra başçısının işdən çıxarılmasına səbəb olan - VİDEO

15:21 11.07.2020

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

15:03 11.07.2020

Prezident icra başçısını işdən çıxardı

14:49 11.07.2020

"Kaş yanımda olardın səni qoxlayardım" - Qızı Xanım Qafarovanı andı - FOTO

14:41 11.07.2020

"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"

14:24 11.07.2020

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

14:07 11.07.2020

Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib - VİDEOREPORTAJ

13:44 11.07.2020

35 dərəcəyədək isti olacaq - HAVA PROQNOZU

13:38 11.07.2020

Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi

13:33 11.07.2020

Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var

13:01 11.07.2020

Millimizin yeni baş məşqçisi: "Azərbaycana pul üçün gəlmirəm"

12:56 11.07.2020

Daha bir jurnalist koronavirusdan sağaldı

12:47 11.07.2020

Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

12:37 11.07.2020

Gələn həftədən Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

12:12 11.07.2020

Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO