Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə və Mirzə Ələkbər Sabirin yubileyləri təntənəli şəkildə qeyd ediləcək

MƏDƏNİYYƏT
12:40 27.01.2012
2575
Bu il Azərbaycanın üç böyük ədibinin – Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200 və Mirzə Ələkbər Sabirin 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.

Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi və digər qurumlarla birlikdə hər üç yubileyə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirmək tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlikdə yubileylərin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub. 

Nazir Əbülfəz Qarayevin sədrliyi ilə keçən iclasda təhsil nazirinin müavini Qulu Novruzov, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Qərara alınıb ki, böyük ədib və mütəfəkkirlərin yaradıcı irsini təbliğ etmək məqsədilə onların əsərləri nəşr olunsun, çap məhsulları Azərbaycanda və beynəlxalq kitab sərgilərində nümayiş etdirilsin, səyyar sərgilər keçirilsin. Yubileylərlə əlaqədar Bakıda beynəlxalq elmi konfransların təşkili, ölkədə fəaliyyət göstərən bütün dövlət teatrlarında, habelə türkdilli ölkələrdə, MDB məkanında M. F. Axundzadənin əsərlərinin tamaşaya qoyulması, hər üç ədibin doğulduğu məkanlara – Gəncə, Şəki və Şamaxıya turist səfərlərinin təşkili və s. təkliflər səslənib. M. Ə. Sabirin yubileyi ilə bağlı yekun tədbir may ayının sonu-iyunun əvvəlində, N. Gəncəvinin yubileyi ilə əlaqədar yekun tədbir sentyabrın axırı-oktyabrın əvvəllərində keçiriləcək, M. F. Axundzadənin yubileyinə isə noyabrda təntənəli şəkildə yekun vurulacaq.  Tədbirlər planı fevralın ortalarında elan ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb