Nizami rayonunda avtomobil partladı

Nizami rayonunda avtomobil partladı
Bütün Xəbərlər
15:28 09.02.2012
1398
Dünən Bakı şəhəri, Nizami rayonunda özəl şirkətə məxsus maye qaz daşıyan “ZİL” markalı avtomobildə partlayışla nəticələnən yanğın hadisəsi baş verib. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə, avtomobilin yanar hissələri, o cümlədən 9 ton həcmində olan çəni və çəndəki maye qaz 1000 kv.m sahəyə yayılaraq yanmış, 2 ədəd diametri 500 mm və 3 ədəd diametri 100 mm olan qaz boru xətti zədələnmişdir. Yaxınlıqdan keçən diametri 300 mm olan digər qaz boru xətti, 2 ədəd kompressor və yüksək gərginlikli elektrik dirəkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR