Norveç NATO helikopterləri üçün verdiyi pulu geri istəyir

Norveç NATO helikopterləri üçün verdiyi pulu geri istəyir
DÜNYA
17:48 13.06.2022
504
NATO-nun qurucu üzvlərindən biri olan Norveç "NH-90” hərbi helikopterləri ilə bağlı 2001-ci ildə bağlanmış müqaviləni ləğv edib.

Bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram keçirdiyi mətbuat konfransında açıqlayıb.

Hərbi alyansın tələblərinə cavab vermək üçün xüsusi olaraq hazırlanmış model çoxsaylı qüsurlara və gecikmələrə görə Norveç hərbçiləri tərəfindən qeyri-qənaətbəxş hesab olunub.

Model "heç vaxt Norveç Silahlı Qüvvələrinin tələblərini yerinə yetirə bilməyəcəyi” üçün Oslo indiyə qədər ödədiyi təxminən 500 milyon avronun geri qaytarılmasını istəyir.

Artıq Norveçə çatdırılan helikopterlərin fəaliyyəti dərhal dayandırılıb. Maşınlar istehsalçıya, Fransada yerləşən "NHIndustries” çoxmillətli şirkətinə qaytarılacaq.

Almaniyanın "Die Welt” nəşri Oslonun ABŞ-dan əvəzləyici axtardığını yazıb.

Hesabatda Norveç ordusunun "NH-90” ilə bağlı yekun qərarı həm modelin özü, həm də onu istehsal edən şirkət üçün "zərərli” qərar kimi təsvir edilib.

1990-cı illərdə "NHIndustries” tərəfindən istehsal olunan "NH-90” dəniz helikopterləri bir çox ölkə tərəfindən istifadə olunur.

Norveç 2001-ci ildə sahil mühafizəsi üçün 14 "NH90” dəniz helikopteri sifariş etmişdi. Bildirilib ki, 2008-ci ildə təhvil verilməsi planlaşdırılan helikopterlərdən yalnız səkkizi tam işlək vəziyyətdədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
19:45 11.07.2026
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
19:24 11.07.2026
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:15 11.07.2026
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
19:14 11.07.2026
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
Elvin Cəfərquliyev yaşlı azarkeşlə görüşdü - FOTO
18:53 11.07.2026
Elvin Cəfərquliyev yaşlı azarkeşlə görüşdü - FOTO
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
18:52 11.07.2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir
18:50 11.07.2026
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir
Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
18:37 11.07.2026
Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək
18:25 11.07.2026
Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək
“Kiçik Qaladərəsində sakinlərimiz ilə” - Video
18:14 11.07.2026
“Kiçik Qaladərəsində sakinlərimiz ilə” - Video
İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTO
18:10 11.07.2026
İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTO
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
17:35 11.07.2026
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Pentaqon UNO-larla bağlı yeni məxfi sənədləri yaydı - FOTO
17:31 11.07.2026
Pentaqon UNO-larla bağlı yeni məxfi sənədləri yaydı - FOTO
ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
17:24 11.07.2026
ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ
17:20 11.07.2026
Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ