Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
SOSİAL
20:28 03.07.2026
246
"Çox istərdim ki, "Arzum" ev dustaglığına buraxılsın. Əgar vəkilləri va ya ailəsi onun müdafiəsi ila bağlı bizim quruma müraciət etsələr, məmnuniyyətlə ona hüquqi dəstək göstərəərik".

Bu sözləri Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi "Arzum"un 4 uşaq anası olduğunu, övladlarından birinin isə autizmli olduğunu xatırladaraq bildirib ki, bu amillər onun cəzasının yüngülləşdirilməsi və ya ev dustaqlığına buraxılması məsələsində nəzərə alına bilər: "Hesab ediram ki, "Arzum" qəzada həyatını itirən şaxsin yas mərasimi və digər xərclərini öz üzərinə götürə bilərdi. Hətta tanışlardan borc alaraq təxminən 10 min manat və ya daha artıq məbləğdə maddi yardım göstərməsi də mümkün olardı. Bu, mərhumun ailəsinin ona qarşı münasibətinin yumşalmasına va bağışlamasına müəyyən təsir göstərə bilərdi".

Hüquq müdafiəçisi deyib ki, qarşı tərəfin vəziyyətini da anlamaq lazımdır: "Bir ailə öz yaxınını itirib va həmin ev başsız qalıb. Düşünürəm ki, bütün bu məqamlar nəzərə alınsa, "Arzum"un ev dustaqlığına buraxılması məsələsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, qanunvericiliyimizdə bu kimi hallarla bağlı müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə də qəsd olmadan, təsadüf nəticəsində baş veran hadisələrdə cəzanın fərdiləşdirilməsi va yüngülləşdirilməsi imkanları daha geniş olmalıdır. Bu gün həbsxanalarda kifayət qədər qadın var ki, özlərini müdafiə edərkən cinayatkar statusu alıblar. Məsələn, əri sərxoş vəziyyətdə evə gəlib onu döyüb, qadın isə özünü müdafiə edərkən qarşı tərəfə xəsarət yetirib va ya ölümünə səbəb olub. Bununla yanaşı, elə hallar da var ki, qadın sevgilisi ilə birlikdə ərini qəsdən öldürür. Məncə, bu cür cinayatlar arasında ciddi fərq qoyulmalıdır və hüquqi qiymətləndirmə də buna uyğun aparılmalıdır. "Arzum" məsələsinə gəlincə, düşünürəm ki, 2 il keçdikdən sonra vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bizim qurum da bu istiqamətdə dəstək göstərməyə hazırdır. Bildiyim qədərilə o, tək anadır va uşaqlarının qayğısını bilavasitə özü çəkib".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026