Novruz Məmmədov: “Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub”

Novruz Məmmədov: “Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub”
Bütün Xəbərlər
13:09 07.03.2011
1524

Rəsmi Bakı prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbətə doğru dəyişiklik hiss olunduğunu bəyan edib. “Ümumiyyətlə, budəfəki görüş haqqında qeyd etmək lazımdır ki, bu görüş təxminən bir il yarıma yaxın müddət ərzində Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqedən müəyyən dərəcədə, az da olsa fərqlənir. Çünki bu günə qədər Ermənistan tərəfinin bu danışıqlar prosesində tutduğu mövqe tam destruktiv xarakter daşıyırdı, indi burada bir fərq artıq görünməkdədir, müsbət mənada bunu azacıq da olsa qiymətləndirmək olar”. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədov bildirib ki, Rusiya Prezidentinin təşkilatçılığı və iştirakı ilə Soçidə keçirilən görüş əvvəlcədən nəzərdə tutulduğu kimi baş tutub. “Əvvəlcə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentləri görüşdü, sonra xarici işlər nazirlərinin iştirakı ilə fikir mübadiləsi və müzakirələr apardılar, daha sonra görüş nahar yeməyi ətrafında geniş müzakirə edildi. Onlar qurtarandan sonra isə prezidentlərin hər biri Minsk qrupunun həmsədrləri ilə ayrıca görüş keçirdilər”, - deyə PA rəsmisi əlavə edib.

Novruz Məmmədovun fikrincə, Ermənistan tərəfinin mövqeyində az da olsa müsbətə doğru dəyişikliyin olmasının müəyyən səbəbləri var: “Düşünürəm ki, bu müddət ərzində Ermənistan rəhbərləri gördülər ki, tutduqları mövqe belə gedərsə, heç vaxt onlara uğur gətirə bilməyəcək və onların müəyyən planlarını da alt-üst edəcək. Çünki Azərbaycan tərəfi həddən artıq ədalətli, konstruktiv mövqe nümayiş etdirib və münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılması üçün çalışır. Ola bilsin ki, Ermənistan tərəfi bu təhlilin nəticəsində mövqeyində müəyyən dəyişiklik etmək niyyətindədir”.

PA rəsmisi Rusiya Prezidentinin Dağlıq Qarabağ probleminin həllində aktivlik nümayiş etdirməsinin Ermənistan tərəfinin mövqeyində müəyyən dəyişikliklərin olmasına təsirini də istisna etmir: “Rusiya Federasiyasının, Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin prezidentinin il yarım ərzində özünün xüsusi iştirakı ilə bir neçə görüşü təşkil etməsi özü də müəyyən mənada, düşünürəm ki, mühüm bir faktordur. Çünki belə bir böyük dövlətin, həmsədr dövlətin hər iki dövlətlə sıx əlaqədə olan ölkənin prezidentinin bu qədər görüşləri keçirərək heç bir nəticəyə nail olmaması da nədənsə xəbər verə bilər. Bunun da mən düşünürəm ki, əhəmiyyəti oldu. Ona görə də bu görüşü əvvəlkilərdən müəyyən qədər fərqləndirirəm”.

Onun sözlərinə görə, Həştərxan görüşünün davamı olaraq prezidentlərin yenə bir bəyanatı qəbul edildi, bu bəyanatda da iki məsələ qeyd olunurdu – biri hərbi əsirlərin dəyişdirilməsi, qaytarılması, ikinci məsələ isə müəyyən insidentlər baş verərsə, təmas xəttində onların ətrafında araşdırma apararaq həmsədrlərin də iştirakı ilə müəyyən nəticələr, qərarlar qəbul etməkdir: “Lakin Ermənistan kütləvi informasiya vasitələrində bu bəyanatla bağlı erməni tərəfinin özlərinin istədiyi kimi yozma və şərh etmələrini müşahidə edirəm. Amma bu, heç də belə deyil, bəyanatda Azərbaycanın sülhə zəmanətlə bağlı heç bir öhdəliyi yoxdur və ola da bilməz. Müharibə etməmək, yəni sülh zəmanəti torpaqlarımızın tam azad olunmasından sonra mümkün ola bilər. Azərbaycan Prezidentinin qəti mövqeyini belə hesab edirəm”.

“Soçi razılaşmasını gələcək görüşlərdə konstruktiv danışıqların aparılması üçün bir başlanğıc hesab etmək olarmı” sualına cavabında N.Məmmədov bildirib ki, konstruktiv danışıqların aparılması yenə də Ermənistan tərəfinin mövqeyindən asılı olacaq: “Görürsünüzmü, Soçi bəyanatında olmayan şey haqqında bu cür fikirlərin söylənilməsi bir tərəfdən sizin dediyiniz suala şübhə ilə yanaşmaq üçün əsas yaradır. Amma eyni zamanda sizin dediyinizə müsbət cavab vermək üçün bu ilin yayına kimi gözləməliyik. Çünki həmsədrlərlə görüşlərdə prezidentlər tapşırıqlarını verdi, həmsədrlər də o istiqamətdə müəyyən iş aparıb, kiçik də olsa, indiki bu fərqin hansı istiqamətdə inkişaf edəcəyi üçün öz səylərini ortaya qoymalıdır. Biz də təxminən yaya qədər siz verdiyiniz suala cavab olaraq proseslərin hansı istiqamətdə inkişaf etməyinin şahidi olacağıq”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."