Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerində tutuldu - VİDEO

Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerində tutuldu - VİDEO
KRİMİNAL
17:26 11.01.2022
645
Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerindəcə mühafizə polisləri tərəfindən saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.

Belə ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.

Qeyd edək ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb. Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir