Noyabr ayında hava necə olacaq?

Noyabr ayında hava necə olacaq?
MARAQLI
23:45 29.10.2011
2417
Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların respublika ərazisində qeyri-bərabər paylanacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 12-17 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 20 dərəcəyədək yüksələcək, ayın sonunda 7-12 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 6-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 10-15 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda 6-9 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq, ayrı-ayrı günlərdə temperatur mənfi 3-8 dərəcəyədək enəcək. Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 12-14 dərəcəyədək yüksələcək, ayın sonunda 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 10-15 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda 4-9 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 5-8 dərəcəyədək enəcək. Gündüzlər 7-12 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 14-16 dərəcəyədək yüksələcək, ayın sonunda 3-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə isti olacaq. Gündüzlər temperatur 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20 dərəcəyədək yüksələcək, ayın sonunda 9-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə normadan bir qədər çox olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb