Nuradan fərqli fotosessiya və yeni mahnı - VİDEO - FOTO

Nuradan fərqli fotosessiya və yeni mahnı - VİDEO - FOTO
MAQAZİN
15:30 12.01.2021
946
Pandemiya dönəmində sosial medianın gündəmində olan müğənni Nura Suri yeni işini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, "Düşünürdüm” adlı mahnının söz və musiqisi Buzzza, aranjımanı isə Emin Kərimə aiddir. Mahnı musiqi platformalarında və sənətçinin "Youtube” kanalında yerləşdirilib.

İfa tərzində və görüntüsündə yeni tərzə üstünlük verən N.Suri fotosessiya da etdirib.
 
O, dünyaca məşhur "Vogue” dərgisinin azərbaycanlı fotoqrafı Elimaxography-nin (Elşən Hüseynov) obyektivinə pozlar verib.

Qeyd edək ki, N.Suri yeni musiqi şirkəti ilə də müqavilə imzalayıb. O, sözügedən mahnıya klip çəkdirməyə hazırlaşır. Sənətçi bildirib ki, il ərzində bir neçə yeni mahnı və klip təqdim edəcək.
 







OXŞAR XƏBƏRLƏR