Nursultan Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Nursultan Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi
DÜNYA
11:35 02.05.2020
995
Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi. 

D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR