Nyu-York meri Maykl Blumberq qarşıdakı prezident seçkilərində Barak Obamanı dəstəkləyəcəyini bəyan edib. O, fəaliyyətdə olan ABŞ prezidentinin iqlim dəyişikliyinə qarşı mübarizədəki xüsusi xidmətləri nəzərə alaraq bu niyyətdə olduğunu açıqlayıb.AZXEBER.COM-un Reuters-ə istinadən verdiyi məlumata görə, Mayl Blumberqin qərarına Barak Obamanın dağıdıcı “Sendi” qasırğanın nəticələri ilə bağlı atdığı addımlar təsir edib. “İqlim dəyişir. Nyu-Yorkda və bütün dünyada tez-tez baş verən təbiət kataklizminə bunun səbəb olurmu? Mümkün risklər bütün seçilmiş liderləri təxirəsalınmaz tədbirlər görməyə vadar etməlidir”, - Nyu-York meri bildirib.