Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi

Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
DÜNYA
19:18 04.08.2026
201
Nyu-York metrosunda texniki qatarda baş verən yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.

ABC telekanalının yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib.

Yanğın nəticəsində İst-Villic ərazisində yerləşən "Astor Place" stansiyası tüstü içində qalıb. Hadisədən sonra həmin istiqamətdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Nyu-York Yanğınsöndürmə Departamentinin rəis müavini Tom Kurrao bildirib ki, zərərçəkənlərdən 7-si Nəqliyyat İdarəsinin əməkdaşı, 5-i isə yanğınsöndürəndir. Onların tüstüdən zəhərləndiyi qeyd olunub.

Məlumata görə, xidmət əməkdaşları relslərin təmizlənməsi və təhlükəsizlik yoxlamalarından sonra metro xəttində hərəkətin bərpası üçün işlər aparıblar.
OXŞAR XƏBƏRLƏR