“O silah gec-tez hamımızın qapısını döyəcək”

“O silah gec-tez hamımızın qapısını döyəcək”
MAQAZİN
17:12 16.04.2026
1208
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Kahramanmaraşda məktəbdə baş verən insidentlə bağlı paylaşım edib .

AZXEBER.COM xəbər verir ki, şagirdlərini qoruyarkən həlak olan Ayla müəllimin fotosunu paylaşan aparıcı bunları yazıb:

"Bir neçə gün əvvəl bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızıldadı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki, biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar, çiçəyə də, heyvana da, insana da… Bu gün dünyada baş verənlər də bunun acı sübutudur. Son günlər Türkiyədə məktəbdə baş verən faciə - bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması.
 
Sadəcə bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu "bir yerdə səhv edirik” deməkdir. Uşaqlar doğulanda su kimi pak, məsum olurlar. Heç biri qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik. Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki, bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki, müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır. Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq.
 
Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Və biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər…. Amma biz ona mərhəməti öyrətsək, o da bir gün kiminsə yarasını saracaq. Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik. Bu gün seçim bizimdir: ya uşaqlarımızı laqeydliklə, məsuliyyətsizliklə böyüdüb cəmiyyətə təhlükə kimi buraxacağıq, ya da onları vicdanlı, məsuliyyətli və əsl insan kimi yetişdirəcəyik. Unutmayaq, bu gün görməzlikdən gəldiyimiz hər səhv, sabah bir uşağın əlində silaha çevriləcək. Və o silah gec-tez hamımızın qapısını döyəcək”.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO