"O Ukraynada tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?" - Əzizin qardaşı danışdı

SOSİAL
13:16 01.03.2022
1193
Xəbər verdiyimiz kimi, dünən Ukraynada azərbaycanlı gənc əsir götürülüb.

Əsir götürülən Əziz Haqverdiyev haqqında bir sıra iddialar səsləndirilir. Belə ki, onun Rusiya ordusuna qatılaraq Ukrayna əleyhinə vurşduğu və ya evlərini tərk edən ukraynalıların evlərindən oğurluq etməsi deyilir. 

Əzizin qardaşı Elçin Haqverdiyev səsləndirilən iddialarla bağlı AZXEBER.COM-a müsahibə verib.
 
- Əzizdən yeni bir xəbər varmı?
- Hələlik heç bir yenilik yoxdur.

- Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyü deyilir.
- Bu necə ola bilər axı. Əziz tələbədir. O Ukraynada FHN akademiyasında təhsil alır. 10 gün içində necə Rusiya tərəfə keçə bilər? Neçə ildir Ukraynada tələbə olan Əziz necə belə addım ata bilər? Son dəfə fevralın 21-i anamnan danışıb və ona pul göndərmişik.
 
- Boş evlərdən oğurluq etməsi ilə bağlı səsləndirilən iddialara nə deyə blərsiniz?
- Boş evdən nə oğurlaya bilər ki, uzağı çörək götürə bilər. Camaat acından qırılır orda. Hamı zirzəmiyə yerləşdirilib. Kart sistemi, bankomat işləmir. Bu zaman çörəyi hardansa götürməlisən. Düzü heç ona da inanmıram.
 
- Əzizin Rusiyaya münasibəti necədir?
- Əziz namaz qılan, tərbiyəli, mədəni oğlandır. O niyə Rusiya tərəfdən döyüşməlidir? Bu variantı mən heç cür qəbul edə bilmirəm. 

- Bəs Azərbaycana gətirilməsi ilə bağlı hansı işlər görülür?
- Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət etmisik. Hazırda Qızıl Aypara Cəmiyyətindəyik. Başqa əlimizdən heç nə gəlmir.

Qeyd edək ki, Əziz adlı şəxs əsir düşərkən ev ünvanını açıqlayıb və anasından onu bağışlamasını istəyib.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR