“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...

“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...
HADİSƏ
18:48 26.07.2025
509
Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən hadisənin təfərrüatını təqdim edir.

Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb.

Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində "Oba Market"də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Bu səbəbdən aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.

Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb. Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.

Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb. 

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.

Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb