ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama dünən ölkənin məşhur tok-şou aparıcısı olan Elen Deceneresin verilişində qonaq olub.
ABŞ-ın Birinci Xanımı verilişdə öz sağlam həyat tərzindən və fitnes proqramından danışıb.
Söhbət əsnasında aparıcı Elen Deceneres Mişel Obamanı “jim” etmək müsabiqəsinə dəvət edib.
Birinci xanım aparıcının çağırışını dəvət edib və onlar hər ikisi ekran qarşısında jim etməyə başlayıb. Elen Deceneres bir müddət sonra dayansa da, Mişel Obama auditoriya qarşısında 25 dəfə jim hərəkətləri edib.