Obyektlərin qiyməti niyə artır?

Obyektlərin qiyməti niyə artır?
SOSİAL
10:18 08.09.2026
361

Son dövrlər paytaxtda bir sıra ticarət və xidmət obyektlərinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılmaqdadır. Ümumilikdə isə ənənəvi ticarətin elektron ticarətə uduzması müşahidə edilir.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, proses bir sıra amillərlə, o cümlədən yüksək icarəhaqları ilə izah olunur. Maraqlıdır ki, bütün bunlarla yanaşı, yeni qeyri-yaşayış obyektlərinin tikintisi də davam edir. 

Bəs, icarə xərcləri biznes fəaliyyətinə nə dərəcədə təsir edə bilir? 

Pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların əsas xərclərindən biri icarəhaqqıdır. İcarəhaqqı sabit xərc hesab edilir. Yəni gəlir azalsa belə bu, icarəhaqqının məbləğinə təsir göstərmir 

İqtisadçı Xalid Kərimli deyir ki, sahibkar əməkhaqqı xərcini dövriyyədən asılı olaraq müəyyən edə bilsə də, icarə xərcində bu mümkün olmur. Sahibkar dövriyyəsindən asılı olmayaraq, obyektin sahibi ilə razılaşdığı qiymətə icarəhaqqını ödəməli olur. Bu amil biznesdə riski artırır:

"Xərcin artması mənfəətin azalmasına gətirib çıxarır. İcarəhaqqının yüksək olması qiymət marjasının müəyyən olunmasına təsir edir. Həmçinin sahibkar digər xərcləri aşağı həddə saxlamağa məcbur olur. Sahibkar icarəhaqqını ödəyib gözlədiyi mənfəət normasını əldə edə bilmədikdə fəaliyyətini dayandırmalı olur”. 

Elan saytlarına nəzər salanda obyektlərin təklif olunan aylıq icarə qiymətlərinin 94 min manatadək dəyişdiyi məlum olur. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, kommersiya obyektlərinin icarə qiyməti indeksində iyul ayında iyundakı göstərici ilə müqayisədə azalma 7,4 faiz, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 2,9 faiz olub. 

Palatanın təhlilində deyilir ki, qiymətlərin azalması ilə yanaşı, icarəyə verilmə müddətinin qısa olması bazarda tələbin mövcud olduğunu, lakin icarəçilərin qiymətə qarşı daha tələbkar davrandığını göstərir:

"Başqa sözlə, bazarda obyektlər boş qalmır, lakin müqavilənin bağlanması üçün elan qiymətinin bazar səviyyəsinə uyğunlaşdırılması tələb olunur”.

Yüksək icarə qiymətləri isə obyekt sahibləri üçün təkcə daha çox gəlir əldə etmək imkanı yaratmır. Obyektin dəyəri onun icarəhaqqı ilə əlaqəlidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, icarə qiymətinin artması obyektin investisiya cəlbediciliyinin yüksəlməsi deməkdir:

"Obyekt alıb icarəyə vermək istəyən şəxs bazara müraciət etdikdə ilk növbədə obyektdən nə qədər gəlir əldə edəcəyini müqayisə etmək istəyir. Obyektin qiyməti yüksək, icarəhaqqı potensialı aşağı olduqda bu, investisiya baxımından sərfəli olmur. Əgər yaşayış sahəsi alaraq onu yerləşdiyi yerə, təmirli olub-olmamasına və digər amillərə əhəmiyyət verilirsə, obyektdə icarəhaqqının onun dəyərinə nisbəti əsas götürülür”. 

Vüqar Oruc deyir ki, obyektin investisiya cəlbediciliyi onun illik icarəhaqqının təklif edilən qiymətinə bölməklə müəyyən edilir. Məsələn, aylıq icarəhaqqı 2500 manat, illik 30 min manat olan obyekt 300 min manata təklif edilirsə, bu, yüksəkgəlirli (0,1) hesab edilir. Həmin icarə qiyməti ilə obyekt 600 min manata təklif olunursa, orta (0,05), 1 milyon manata satışa çıxarıldığı halda isə aşağıgəlirli (0,03) sayılır. 

Məbləğindən asılı olmayaraq icarəhaqqı mal və xidmətlərin qiymətinə əlavə olunur və onu dolayı yolla istehlakçılar ödəyir. Odur ki, yüksək icarəhaqları həm də yüksək qiymətlər deməkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
13:21 23.10.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
13:20 23.10.2026
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
12:52 23.10.2026
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq