Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücum

Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücum
SİYASƏT
12:52 30.04.2026
1273
Avropa miqyasında baş verən son proseslər illərdir "dəyərlər siyasəti” adı altında təqdim olunan mexanizmlərin əhəmiyyətli hissəsinin əslində böyük lobbi qruplarının, maliyyə şəbəkələrinin və geosiyasi maraqların təsiri altında formalaşdığını bir daha təsdiq edir. Luis Moreno Okampo ətrafında yayılan videolar isə bu sistemin necə işlədiyini çılpaq şəkildə ortaya qoyur. Burada söhbət artıq təkcə bir şəxsin qalmaqallı açıqlamalarından getmir. Ortaya çıxan mənzərə Avropa institutlarında erməni lobbisinin hansı miqyasda təsir imkanları formalaşdırdığını, bu təsirin hansı siyasi məqsədlərə xidmət etdiyini və regionda hansı təhlükəli ssenarilərin üzərində işlənildiyini aydın şəkildə nümayiş etdirir.

Videolarda diqqətçəkən məqam həm Azərbaycana qarşı koordinasiyalı təzyiq mexanizmlərindən, həm də Ermənistanın daxili siyasi gələcəyinə təsir planlarından eyni siyasi xətt daxilində bəhs edilməsidir. Bu isə artıq klassik lobbiçilik fəaliyyətindən fərqli və təhlükəli məzmun daşıyır. Çünki burada söhbət hansısa ölkənin maraqlarının müdafiəsindən yox, bütöv bir regionun siyasi balansına müdaxilə cəhdlərindən gedir.

Erməni lobbisinin Qərbdəki təsiri yeni mövzu deyil. ABŞ-da, Fransada və bir sıra Avropa ölkələrində bu şəbəkənin illərlə formalaşdırdığı siyasi, maliyyə və media əlaqələri məlumdur. Lakin son videolar göstərir ki, həmin təsir artıq yalnız təbliğat və ictimai rəy formalaşdırılması ilə məhdudlaşmır. Görünən odur ki, müəyyən dairələr Avropa institutlarını birbaşa siyasi təzyiq alətinə çevirmək, Avropa Parlamentindən və Avropa Komissiyasından region ölkələrinə qarşı geosiyasi təsir mexanizmi kimi istifadə etmək istiqamətində hərəkət edirlər.

Ən dəhşətli mənzərə odur ki, videolarda "insan hüquqları” mövzusu açıq şəkildə siyasi təzyiq aləti kimi təqdim olunur. Bu isə son illərdə Azərbaycana qarşı aparılan kampaniyaların mahiyyətini daha aydın göstərir. Məlum həqiqətdir ki, bəzi Avropa dairələri regiondakı proseslərə hüquqi və obyektiv yanaşmadan çox siyasi sifariş prizmasından baxırlar. Qarabağ məsələsində dəfələrlə emosional manipulyasiya, selektiv yanaşma və açıq qərəz nümunələri ortaya qoyulub. İndi isə həmin kampaniyaların arxasında hansı şəbəkələrin dayandığı daha aydın görünməyə başlayır.

Luis Moreno Okampo bu prosesin simvolik fiqurlarından biridir. Bir zamanlar beynəlxalq hüquq müstəvisində fəaliyyət göstərmiş şəxsin son illərdə açıq şəkildə erməni lobbi maraqlarının siyasi ruporuna çevrilməsi də təsadüfi deyil. Qarabağla bağlı yaydığı ittihamlar, hüquqi əsası olmayan iddialar və məqsədli informasiya manipulyasiyaları bunu dəfələrlə göstərib. Ancaq indi ortaya çıxan görüntülər göstərir ki, məsələ yalnız ictimai ritorika ilə bitmir. Burada Avropa strukturları daxilində təsir imkanlarının koordinasiyası, siyasi təzyiq mexanizmlərinin qurulması və regionda yeni siyasi konfiqurasiyaların hazırlanması elementləri görünür.

Videolarda Josep Borrelin adının çəkilməsi isə qalmaqalın miqyasını daha da böyüdür. Çünki söhbət Avropa diplomatiyasının illərlə ən yüksək pillələrində olmuş bir fiqurdan gedir. Əgər belə şəxslərin adı hansısa lobbi şəbəkələrinin siyasi fəaliyyətində hallanırsa, bu, fərdi əlaqələr məsələsi deyil. Bu, Avropa siyasi sistemində formalaşmış dərin təsir mexanizmləri barədə ciddi suallar yaradır. Ən təhlükəlisi isə budur ki, həmin mexanizmlərin regionda sülh proseslərinə yox, gərginlik və qarşıdurma ssenarilərinə xidmət etdiyi görüntüsü yaranır.

Videolarda Ermənistan daxilində hakimiyyət dəyişikliyi ilə bağlı fikirlərin səsləndirilməsi də xüsusi diqqət tələb edir. Çünki burada artıq "hüquq müdafiəsi” və ya "humanitar fəaliyyət” ritorikası yoxdur. Burada konkret siyasi intriqa dili mövcuddur. Bu isə o deməkdir ki, müəyyən xarici dairələr regionda yalnız Azərbaycana təzyiq göstərməklə kifayətlənmir, paralel şəkildə Ermənistanı da daxildən sarsıtmağa cəhd edirlər. Belə yanaşma isə Cənubi Qafqazda sabitlik yox, "idarə olunan xaos” modelini xatırladır.

Maraqlıdır ki, bütün bunlar məhz Avropanın "demokratiya”, "suverenlik” və "xarici müdaxiləyə qarşı mübarizə” barədə ən çox danışdığı dövrdə baş verir. Avropa Parlamentinin özü illərlə başqa ölkələrdə seçkilərə müdaxilə, siyasi təsir və hibrid təhdidlər haqqında qətnamələr qəbul edib. Ortaya çıxan mənzərə bir daha göstərir ki, həmin metodların müəyyən elementləri elə Avropa siyasi sisteminin daxilində fəaliyyət göstərən lobbi şəbəkələri tərəfindən istifadə olunur.

Azərbaycan üçün bu proseslər yeni deyil. Bakı uzun illərdir bildirir ki, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən dairələr regionda obyektiv yanaşmaya deyil, siyasi sifarişlərə əsaslanan xətt yürüdürlər. Son videolar isə bu iddiaların təsadüfi olmadığını göstərən ciddi hadisədir. Əgər doğrudan da Avropa strukturlarında müəyyən qərar və təşəbbüslər lobbi şəbəkələrinin təsiri altında formalaşırsa, bu, artıq təkcə Azərbaycan üçün yox, Avropanın özü üçün də təhlükəli tendensiyadır.

Bugünkü dünyanın ən təhlükəli siyasi oyunu tanklarla və raketlərlə aparılan müharibələr deyil. Ən təhlükəli oyun "insan hüquqları”, "demokratiya” və "ədalət” şüarlarının arxasında gizlənən təsir mexanizmləridir. Çünki həmin mexanizmlər artıq dövlətlərə qarşı açıq müharibədən daha təhlükəli nəticələr doğurur — regionları qeyri-sabitliyə sürükləyir, siyasi sistemlərə müdaxilə edir və beynəlxalq hüququ böyük lobbi qruplarının maraqlarına tabe etdirməyə çalışır.

Azər Niftiyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan