2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub.
AZXEBER.COM xəbər verir ki, "MediaTrends” platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahid Oruc başçılıq edir. Onun media indeksi 23,69 faiz təşkil edib. İkinci yerdə 23,34 faiz göstərici ilə Fazil Mustafa qərarlaşıb.
Üçüncü pillədə 6,45 faizlə Musa Quliyev, dördüncü yerdə isə 6,27 faizlə Naqif Həmzəyev yer alıb.
İlk beşliyi 5,23 faiz göstərici ilə Qüdrət Həsənquliyev tamamlayıb.
Oktyabr ayının media indeksinə əsasən deputatların sıralaması belədir:
1. Zahid Oruc – 23,69%
2. Fazil Mustafa – 23,34%
3. Musa Quliyev – 6,45%
4. Naqif Həmzəyev – 6,27%
5. Qüdrət Həsənquliyev – 5,23%
6. Erkin Qədirli – 4,53%
7. Könül Nurullayeva – 4,53%
8. Azay Quliyev – 4,18%
9. Sevinc Fətəliyeva – 4,18%
10. İmamverdi İsmayılov – 4,18%
11. Məlahət İbrahimqızı – 2,96%
12. Afət Həsənova – 2,61%
13. Hikmət Məmmədov – 2,44%
14. Ziyad Səmədzadə – 1,05%
15. Jalə Əliyeva – 1,05%
Şahanə Ziyad












































