Türkiyənin Adana şəhərində çarşab geyinərək nişanlısı ilə bir yerdə görünən şəxs terrorçu adı ilə tutulub.
Bunu görən vətəndaşlar oğlanın terrorçu olduğunu sanaraq dərhal polis əməkdaşlarına xəbər veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları gəncləri tutaraq bölməyə apararaq sorğu-sual ediblər.
Polisin araşdırması sonrası məlum olub ki, ailəsi evlilikdən öncə nişanlısıyla görüşməsinə icazə vermədiyi üçün oğlan çarşaba bürünərək görüşə gəlmək məcburiyyətində qalıb.
"Terrorçuluqda" təqsirləndirilən C.Ç. ad, soyadlı şəxs sağlamlıq müayinəsindən keçdikdən sonra yenidən polisə təhvil verilib.
///Milli.Az