"Oleq Bakinski"nin məhkəməsi: Prokuror vəsatəti əsassız hesab etdi

"Oleq Bakinski"nin məhkəməsi: Prokuror vəsatəti əsassız hesab etdi
KRİMİNAL
20:26 16.05.2025
2912
"Oleq Bakınski" kimi tanınan Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda Oleq Krapivin sərbəst şəkildə iştirak edib.

Prosesin ilkin mərhələsində zərərçəkmişlə təqsirləndirilən şəxslər arasında hər hansı razılaşmanın olub-olmaması müzakirə olunub. Müdafiəçilər bu məsələyə münasibət bildirərək, zərərçəkmişlərlə barışıq əldə olunması üçün hər hansı addım atmadıqlarını qeyd ediblər.

Bundan əlavə, vəkillər istintaq zamanı bəzi prosessual pozuntuların baş verdiyini əsas gətirərək, bu halların araşdırılması məqsədilə müvafiq ekspertizaların təyin olunması barədə şifahi vəsatətlə çıxış ediblər. Prokuror isə bu vəsatəti məhkəmə istintaqının yekunlaşma mərhələsində olmasını əsas gətirərək, əsassız hesab edib.

Xatırladaq ki, Oleq Krapivin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə, Konstantin Kuçer isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü maddələri ilə ittiham olunur.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennıye Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıblar.

Qeyd edək ki, "Oleq Bakınski" Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda saxlanılıb. Ötən prosesdə təqsirləndirilən Oleq Krapivinin səhhəti ilə bağlı vəkilinin vəsatəti əsasında məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək