Oğlu məşhur musiqiçinin intihar etdiyini açıqlayıb

Oğlu məşhur musiqiçinin intihar etdiyini açıqlayıb
MAQAZİN
15:21 11.07.2025
839
2023-cü ilin dekabrında vəfat edən tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadənin ölümü ilə bağlı bəzi qaranlıq məqamlar ortaya çıxıb. 

AZXEBER.COM xəbər verir ki, mərhum musiqiçinin oğlu Nəriman Nəcəfzadə Axşam.az-a müraciət edərək, atasının öz əcəli ilə ölmədiyini, yaşadıqları evin həyətində intihar etdiyini açıqlayıb.

Nəriman deyib ki, atasının belə bir addım atmasına səbəb dələduzluq nəticəsində  külli miqdarda borca düşərək çarəsiz durumda qalması olub:

"Əlisahib Hüseynov, Elianora Əhmədova və digər şəxslər birləşərək müxtəlif yalan vədlər verməklə atamı borca saldılar. Bu adamlardan hüquq-mühafizə orqanlarına şikayət etmişik. Obyektiv araşdırılma tələb edirik”.

Mərhum musiqiçinin oğlu əlavə edib ki, adıçəkilən şəxslər bacısını da aldadaraq borca salıblar: 

"Qadın bacımı aldadıb ki, Gəncə Dövlət Universitetinin Gürcüstanda filialı açılacaq və sənə orada vəzifə verəcəyik. Bacım da borc alıb ona pul verir. Həmçinin Yasamal rayonunda atamdan bacıma qalma ev var idi. Həmin ev plana düşmüşdü. Elianora onu aldadır ki, 235 kvadratmetrlik evə 800 kvadratmetr yazdıracaq və söküntü zamanı 1 milyon manata qədər pul alacaq. Deyib ki, evi özümünkü kimi göstərməliyəm. Atam da ona inanıb, gedib qızıl götürdü, banka qoyub 143 min manat bir, 27 min manat bir verdi. Bilmədik ki, bütün bunları pulları mənimsəmək üçün ediblər. Bu cür yalanlarla atamı külli miqdarda  borca salıblar. Bunlardan bezən atam 2023-cü ilin dekabrın 21-də səhər saatlarında yaşadığımız evin həyətində özünü asdı. Atam intihar edərkən cibindən məktublar çıxdı. Hər şeyi orda yazıb”.

O, bacısı Nərmin Əmirovanın hazırda həbsxanada olduğunu deyib:

"Həmin borclara görə bacım həbs edildi. Çünki insanlardan alıb onlara verdiyi pulları qaytara bilmədi”.

Vəkil Bəkir Həsənov Axşam.az-a açıqlamasında deyib ki, hazırda proseslə bağlı məhkəmə işi gedir.

Qeyd edək ki, M.Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı. Musiqiçinin vəfatı ilə bağlı yayılan xəbərdə 57 yaşında qəfil dünyasını dəyişdiyi bildirilmişdi.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək