Oğlumun kədəri - KÖŞƏ

Oğlumun kədəri - KÖŞƏ
KÖŞƏ
15:02 26.03.2012
1862
Seymur VerdizadəŞahin ilk dəfə kədərlənəndə 4 yaşı vardı. Həmin gün nənəsi ona kəndimizdən danışırdı. Anamın kənd həyatından bəhs edən maraqlı söhbətləri onun körpə qəlbini riqqətə gətirmişdi.
Şahin qəfildən nənəsindən soruşdu: “Kəndimizə niyə getmirik?” Anam ermənilərin rayonumuzu işğal etdiyini, kəndimizin düşmənlərin əlində olduğunu dedi. Bu sözləri eşidəndə Şahinin çöhrəsindəki sevinc kədərlə əvəzləndi. O, gözlərini uzaq bir nöqtəyə zilləyib, dərin fikrə getdi. Həmin gün yaddaşıma oğlumun ilk dəfə kədərləndiyi tarix kimi həkk olundu.2007-ci il oktyabr ayının 16-da futbol üzrə Azərbaycan milli komandası Serbiya yığmasını qəbul edirdi. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Şahinlə birlikdə seyr edirdik. Həmin gün Azərbaycan komandası öz qapısından 6 qol buraxdı. İkinci qoldan sonra azarkeşlər baş məşqçi Şahin Diniyevi istefaya çağırdılar. Qapımızdan dördüncü top keçəndən sonra istefa tələbini ağır söyüşlər əvəz etdi. Minlərlə insanın dilindən adını eşidən oğlum əməlli-başlı pərt oldu. O, azarkeşlərin sakitləşmədiyini görəndə, arxaya çevrilib Şahin Diniyevi söyən adamlara yumruq qıcadı. Mən, azarkeşlərin onu deyil, baş məşqçi Şahin Diniyevi söydüklərini izah etməyə çalışsam da, 7 yaşlı oğlumu ovundura bilmədim. O, hirsini boğa bilmədiyi üçün ağlamağa başladı. Çox kədərli mənzərəydi...Heç kimə sirr deyil ki, Azərbaycan nağıllarının əksəriyyəti zorakılığı təbliğ edir. Mən, 2-3 il əvvəl Şahinlə birlikdə “Məlikməmmədin nağılı”nı oxuyanda buna bir daha əmin oldum. “Məlikməmmədin nağılı”nı öyrənməyi Şahinə müəlliməsi tapşırmışdı. Şahin nağılı öyrənəndən sonra məndən soruşdu: “Ata, Məlikməmməd pis adam olub?” Onun bu qənaətə necə gəldiyi ilə maraqlananda, Şahin dedi ki, yaxşı adam olsaydı, qardaşlarının başını kəməzdi. Bu hadisədən sonra “Qardaş qatili” aqlı məqalə yazıb, “Məlikməmmədin nağılı”nı orta məktəblərin proqramından çıxarmağı xahiş etdim. Amma Misir Mərdanov qəzet oxumadığı üçün mənim bu təklifimə əhəmiyyət verən olmadı. Təəssüf ki, “Məlikməmmədin nağılı” hər il Şahin kimi minlərlə məktəblini kədərləndirməkdə davam edir.Şahin indi 6-cı sininfdə oxuyur. Biz ötən gün onunla birlikdə 4-cü rübdə coğrafiya fənnindən keçiləcək dərslərə hazırlaşırdıq. “Dünya ölkələri. Dünyanın siyasi coğrafiyaysı” adlı dərsi oxuyanda, o, yenə kədərləndi. Həmin paraqrafda böyük dövlətlərin adları sadalanır. Şahin böyük dövlətlərin siyahısında Azərbaycanın adını görməyəndə ah çəkib, məndən soruşdu: “Bizim ölkəmiz niyə bu qədər kiçikdir?” Mən onu kədərləndirmək istəməsəm də, əvvəlcə Səfəvilər dövlətindən danışdım. Sonra isə cəmi 94 il əvvəl Azərbaycanın ərazisinin 114 min kvadrat kilometr olduğunu, amma vətən torpağına sahib çıxa bilmədiyimizi dedim. Şahin bu sözləri eşidəndə, qəzəblə üzünü yana çevirdi. Amma mən bu hərəkətinə görə, onu tənbeh etmədim. Çünki bizlər vətən torpağını qarış-qarış düşmənə təslim edən babalarımızı qınadığımız kimi, Qarabağı qoruya bilmədiyimiz üçün onun da bizi qınamağa haqqı var.“Dünya ölkələri. Dünyanın siyasi coğrafiyası” adlı həmin paraqrafda varlı ölkələr haqda da məlumat verilir. Varlı ölkələrin sırasında isə haqlı olaraq, Yaponiya, ABŞ, Kanada, Böyük Britaniya, Fransa və başqa dövlətlərin adları çəkilir. Şahin Azərbaycanın adını bu siyahıda da tapmayanda, növbəti dəfə məyus oldu. Uşağı böyüklərə aid olan söhbətlərlə yormaq istəmədiyim üçün izahat verməkdən imtina edib, onu öz kədəriylə baş-başa buraxdım...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub