Ombudsmanın nümayəndələri “Nida”çılarla görüşüb

Ombudsmanın nümayəndələri “Nida”çılarla görüşüb
Bütün Xəbərlər
19:30 23.04.2014
896
Ombudsmanın Milli Preventiv Qrupunun Bakı İstintaq Təcridxanasında “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər. Görüşdə qrupun həkim üzvü də iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətinin AZXEBER.COM-a verdiyi məlumata görə, “Nida”çılar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, onların səhhətində hər hansı bir pozuntu aşkar olunmayıb.
Onlar aprelin 17-dən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada təcridxana rəhbərliyinə müraciət etməyiblər. Müəyyən edilib ki, “Nida”çılar kamera yoldaşları ilə bir yerdə saxlanır, müəssisə həkimi onları bir neçə dəfə müayinə edib.
Aprelin 17-də “Nida”çıların işi üzrə məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən 8 nəfərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəyib. Prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini təklif edib. Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çılar prokurorun təklifinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.
OXŞAR XƏBƏRLƏR