Ombudsmanın səlahiyyətləri artırıldı

Ombudsmanın səlahiyyətləri artırıldı
SİYASƏT
17:24 25.07.2023
336
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) səlahiyyətləri artırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.

Sənədə əsasən, müvəkkil "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və "Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirə biləcək.

Həmçinin, müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
Qanuna əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək.

Eyni zamanda, müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verməlidir. Əvvəlki qanunda bu, beş iş günü idi.

Bundan başqa, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) beş iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi