Onlar da bizim dilimizi öyrənir

Onlar da bizim dilimizi öyrənir
MƏDƏNİYYƏT
11:25 01.05.2012
1948
Rusiyanın Udmurt respublikasındakı Azərbaycan diasporasının nümayəndələri bu ölkəni “Avrovizion”da təmsil edəcək “Buranov nənələri” qrupuna azərbaycan dilini öyrətmək üçün master-klasslar keçiblər.
Bu barədə qrupun mətbuat katibi Svetlana Sırıqin məlumat verib.Nənələrə Azərbaycan dilini öyrətmək üçün milli diasporanın nümayəndələri qrupun məşq etdiyi kənd mədəniyyət evinə yollanıblar.Ümumrusiya Azərbaycanlıları Konqresinin Udmurt bölgəsi üzrə icraçı direktoru Ceyhun Babayev hər iki dildə oxşarlıqların çox olduğunu və nənələrin bu dili asan qavrayacaqlarına inandığını deyib.Azərbaycan diasporasının üzvlər özləri ilə kabab çəkmək üçün gətirdikləri qoyunu nənələrin xahişindən sonra kəsməməyə və onu Buranov Mədəniyyət Evinə hədiyyə etməyi qərara alıblar.
OXŞAR XƏBƏRLƏR