Nəbiyev qeyd edib ki, ermənilərlə birgə elmi tədbirlərdə iştirak etmək, daha sonra, onlarla şəkil çəkdirmək, satqınlıq, vətənə xəyanət və cinayət deyil.
Turan İbrahimov AZXEBER.COM portalı vasitəsilə "Dalğa"çılara cavab verib. "Mənim "Dalğa" Gənclər Hərakatının sosial şəbəkələrdə ermənilər lehinə apardıqları anormal təbliğata öz bəyanatımla mövqe bildirməyim və bununla bağlı millətçi-vətənpərvər şəxs və təşkilatlara müraciətim onları-"Dalğaçıları" təşvişə salıb. Onlar faktı maksimum dərəcədə təhrif edərək öz qələtlərini gizlətməyə çalışırlar.
Belə ki, mənim çağırışıma qoşulan digər təşkilatlar tərəfindən də şiddətlə qınanılıan bu "ultra liberallar" eynilə ermənilərin xislətini göstərirlər məni guya anti-Aynişan Quliyeva kompaniyasını başlamaqda suçlayaraq məsələni öz üzərlərindən yayındırmaq istəyirlər. Bu isə kökündən yanlış və alçaqca addımdır. Həm də qorxaqlığın göstəricisidir. Onlara olan etirazımın kökündə , bu şəxslərin ermənilərə qarşı ifadələrimizdə etik olmağa çağırışları durur. Yəni bu uşaqlar erməniyə niyə "dığa" deyirsiniz deyib inciyirlər və buna aqressiya ilə qarşılıq verirlər. Mən və mənim kimi millətçi-vətənpərvərlər isə buna dözə bilmərik. Bir daha onları şiddətlə qınadığımı vurğulayıb, məsələni təhrif etmə hərəkətlərini isə erməni xislətli olmaları ilə əlaqələndirirəm. Çünki bu cür tryukları adətən bizə qarşı ermənilər edirlər. Anti-Aynişan Quliyeva kompaniyasına heç bir aidiyyatım yoxdur, bunu bir daha qeyd edirəm."