İsveçrə araşdırıcılarının gəldiyi qənaətə əsasən, gay'lər 2 cinsin (qadın və kişi) xüsusiyyətlərini daşıyır. Buna görə də, bu tip insanlar karyerada, elm sahəsində böyük uğurlar qazanmağa nail olurlar. Ricky Martin, Elton John, Adam Lambert, Leonardo Da Vinchi, Dolce və Gabbana kimi şəxslər bu qəbildəndir.
Bugünkü mövzumuz Dolce & Gabbana'nın həyatını əhatə edəcək.Dünyanın demək olar ki, hər yerində - 5 qitəsində nüfuzu yayılan Domenico Dolce (1958) və Stefano Gabbana (1962) öz geyim brendleriylə göz oxşayır. Bu iki şəxs Milandakı otelyelərdən birində tanış olmuşlar (1982), zaman keçdikcə adları bir yerdə çəkilməyə başlanmışdır (1985). İtalyada, Yaponiyada, Honk-Konqda, Londonda 1999-cu ildə öz otelyelərini açmışlar. İsabella Rossellini, Demi Moore, Nicole Kidman, Madonna və Whitney Houstan kimi məşhur ulduzlara geyimlər hazırlamışlar.
İş əməkdaşlıqları zaman keçdikcə şəxsi həyatlarına da nüfuz etmişdir. Uzun bir müddət ərzində sevgi münasibətlərini davam etdirən homoseksual cütlük 700 milyon avroluq "imperatorluğa" sahib olmuşlar.
2005-ci ildə sevgi münasibətlərinin bitməsinə "uşaq problemi" səbəb olmuşdur.
Dolce: "Hər şeyə sahibəm, amma hələ də övladım yoxdur. Başqa bir ölkədən övladlığa uşaq götürmək istərdim. Bir futbol yığması qədər oğlan uşaqlarına sahib olmaq istərəm. Yemək zamanı səs-küy, qab-qacaq səsləri mənə xoş təsir bağışlayar".
Gabbana: "Mən də uşaq sahibi olmaq istərdim, amma düşünürəm ki, sağlam psixologiyaya malik övlad yetişdirmək üçün ana və ataya ehtiyac var".
Hazırda Dolce və Gabbana iş əməkdaşlıqlarını davam etdirirlər. Həm qadın geyimləri, həm kişi geyimləri hazirlayırlar. Bundan əlavə kosmetika istehsalında da uğur qazanıblar.D&G: "Biz bir hekayə qururuq və ona uyğun geyimlər hazırlayırıq".Tural