Milli Məclisin yaz sessiyasının ilk iclasında bəzi deputatlar Fransanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrliyindən çıxarılmasına dair təkliflər səsləndiriblər.Milli Məclisin sədri Oqtay Əsədov həmin təkliflərə münasibət bildirib. Spiker deyib ki, Fransa qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib: