“Ordumuz 44 gün ərzində bizə sonsuz sevinc hissi bəxş etdi”

“Ordumuz 44 gün ərzində bizə sonsuz sevinc hissi bəxş etdi”
MƏDƏNİYYƏT
15:06 11.11.2020
1606

"Sentyabrın 27-dən başlayaraq şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr ermənilərin yaratdıqları "məğlubedilməz ordu” mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova bildirib.

Xalq artisti daha sonra deyib: "Mən öz sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Qarabağ mənim ürəyimdədir. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm. Hələ qədim dövrlərdən bu torpaqlar mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz, gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza dərin təşəkkür edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?