Ordumuzun giziri vəfat etdi

Ordumuzun giziri vəfat etdi
Bütün Xəbərlər
18:36 01.10.2012
1252
Azərbaycan Ordusunun giziri dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə Ağdam rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” hərbi hissəsində xidmət edən, 1978-ci il təvəllüdlü Əkrəm Ağabəy oğlu Sadıqov kirayə qaldığı evdə vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.Qeyd edək ki, Ə. Sadıqov Yardımlı rayonundan hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR