Orta məktəbin həyətində asılmış vəziyyətdə meyit tapıldı
Bütün Xəbərlər
12:42 05.11.2012
1209
Azərbaycanda orta məktəbin həyətində asılmış vəziyyətdə meyit aşkarlanıb.Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən bildirilib.Hadisə rayonun Xırdalan şəhərində yerləşən 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin həyətində ağacdan asılmış vəziyyətdə 40-45 yaşlı kişi meyiti tapılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.