Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov 10 dekabr 2012-ci ildə Beynəlxalq İnsan Haqqları günündə Niderlandın Haaqa şəhərində keçiriləcək konfransda iştirak edəcəkdir.
Şuranın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Niderand Krallığının Parlamentində keçiriləcək tədbirdə Orxan Əkbərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, konfliktin tarixi və problemin bu gün regionda yaratdığı fəsadlar və eləcədə məcburi köçkünlərin bu günkü vəziyyəti barədə geniş çıxış edəcəkdir.
Qeyd edək ki, konfrans Benilüks Azərbaycanlıları konqresi, Avropa Türk Demokratları Birliyi (UETD), Türk Evi Araşdırma Mərkəzi, EkoAvrasiya və ATXƏM təşkilatları ilə birlikdə “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi” mövzusunda keçiriləcəkdir.