Orxan Həsənoğlu: "Türk Dünyası Gənclər Forumunda 300-dən çox gənc iştirak edəcək" - MÜSAHİBƏ

MÜSAHİBƏ
17:52 15.10.2016
3472
Oktyabr ayının 16-20 tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Türk Dünyası Gənclər Forumu baş tutacaq. AZXEBER.COM-un müsahibi forumun təşkilatçılardan olan Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri Orxan Həsənoğludur.

- Orxan müəllim, ilk olaraq zəhmət olmasa forum haqda məlumat verərdiz..
- Bildiyiniz kimi forum 16-20 oktyabr 2016 tarixində Şimali Kipr Türk Respublikasında baş tutacaq. Bu forumda 24 ölkədən gənclər iştirak edəcək. Ümumilikdə açılışına 300 nəfər qonaq dəvət edilən bu beynəlxalq tədbirdə ölkəmizi 40-a yaxın qonaq təmsil edəcək.  

- Necə oldu ki, bu ideya yarandı?
- Türk Birliyi Dayanışma Dərnəyi rəhbərliyi olaraq fikir mübadiləsi edərkən həmçinin dərnəyin gələcək planları barədə söhbət edirdik. Ölkəmizin bu il dövlət müstəqilliyinin 25-ci ili üçün də yaxşı bir tədbir hazırlamağın vacibliyi üzərində durduq. Bu tarix hər bir azerbaycanlı və Azərbaycanı sevən hər kəs üçün əhəmiyyətə malıikdir. Biz də qərarlaşdırdıq ki, məhz Gənclər Forumu keçirək və bu tarixi günü birlikdə qeyd edək.
 
- Ümumiyyətlə, Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycana qarşı münasibət necədir?
- Bilirsiz ki, sadəcə Kiprdə deyil istənilən ölkədə bizə olan münasibəti formalaşdıran elə biz özümüzük. Biz qəbul etməliyik ki, harada yaşamağımızdan asılı olmayaraq biz həmin ölkələrə xaricdən – yad bir ölkədən gəlmişik. Bizim bütün hərəkətlərimiz ölkəmizin adına yazılır. Bunun üçün də Kiprdə yaşayan azerbaycanlılar olaraq bizler buna çox diqqət edirik. Ümumilikdə isə Kipr çox balaca bir ölkədir. Beynəlxalq aləmlə demek olar ki, dövlətlərarası qarşılıqlı iş birlikləri yoxdur. Bunun üçün də Kiprdə qardaş Azərbaycana maraq çox böyükdür
 
- 18 oktyabr Müstəqillik günümüz də təmtəraqlı qarşılacaq. Həmin gün orada kimlər iştirak edəcək?
 - AKDC olaraq biz hər zaman xalqımızın bayramlarını və müxtəlif önəmli günləri burada geniş bir şəkildə qeyd edirik. Bu il də bizim üçün daha çox önəm daşıyır. Çünki dövlət müstəqilliyi asanlıqla qazanılmayıb və bizim bu gün güclü və böyük dövlətə çevrilməyimizdə müstəqilliyimizə borcluyuq. Biz müstəqillik günümüzlə bağlı bir neçə tədbir hazırlamışıq. Bununla bağlı Azərbaycan yazıçılarının kitab təqdimatı olacaq. Azərbaycan Müstəqilliyinə həsr olunan rəsmi tədbirimiz baş tutacaq. Bundan başqa 18 oktyabr günü Azərbaycan Mədəniyyət Gecəsi keçirəcəyik. Tədbirdə Prezident Administrasiyası rəsmiləri, millət vəkilləri diaspora komitəsinin nümayəndələri, QHT və media rəhbərləri iştirak edəcək. Bundan əlavə KKTC Baş naziri, Türkiyənin baş nazirinin müavini, millət vəkilləri iştirak edəcək.
 
- Gələcəkdə belə bir forumun Azərbaycanda keçirmək planınız varmı?
- Əlbəttə, bildiyiniz kimi ölkəmizdə mötəbər tədbirlər baş tutur və cənab president özü şəxsən bu cür tədbirləri dəstəkləyir. İnşAllah 2017-ci ildə bu tədbiri Azərbaycanda da keçirməyi planlaşdırırıq.
 
-Şimali Kipr Türk Cumhuriyyəti - Azərbaycan münasibətlərində gənclərin rolunu necə görürsüz? Gənclərin üzərində hansı vəzifə düşür
- KKTC Gəncliyi bizim Azərbaycan gəncliyi kimi aktiv deyil. Daha doğrusu beynəlxalq layihələrdə görmək çox çətindir onları. Çünki dövlət tanınmır. Kıbrıslı gənclər QHT sektorunda demək olar ki, çox zəifdirlər. Bu mənada Azərbaycan gəncliyini alqışlamaq lazımdır. Bizim burada təhsil alan tələbələrimiz çox aktivdirlər. Hər zaman milli məsələlərdə birləşə bilirik. Bu müsbət addımdır. Amma ikitərəfli iş konkret olaraq gənclər arasında yoxdur.
Biz Dağlıq Qarabağ kimi problemi olan bir ölkənin vətəndaşlarıyıq. Gənclerimiz keçmişə baxıb, gələcəyə hazırlanmalıdır. Biz axı sadəcə özümüz üçün yaşaya bilmərik. Bizim talehimiz Azərbaycanın talehindən asılıdır. Azərbaycan güclü deyilsə, biz fərd olaraq bir heçik. Deyirlər ki ailə kiçik dövlətdir və bu ailələrin birliyindən gücle dövlət yaranır. Gənclərimiz dövlətimizin milli dəyərlərinə sahib çıxmalıdırlar, çox çalışmalıdırlar. Vətənpərvərlik çox vacib bir amildir. Bizim soydaşlarımızda mən bunu görürəm və onlarla qürur duyuram.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb