Orxan məhkəmə qarşısında

Orxan məhkəmə qarşısında
Bütün Xəbərlər
12:42 17.10.2013
790

Bu gün istintaq Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə çıxış edəcək. Bu barədə qərar hələ dünən çıxarılmalı idi. Lakin Orxan Zeynalovun rus dilini bilməməsi üzündən həbs-qətimkan tədbirinin seçilməsi baş tutmamışdı.

Musavat.com-un NTV telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə sənədlər iki dildə təqdim olunacaq. Prosesin yaxın saatlarda başlayacağı gözlənilir.

İstintaq Komitəsi iddia edir ki, Orxan Zeynalov Yeqor Şerbakovu bıçaqla vurduğunu təsdiqləyib. Lakin şübhəlinin özü ilkin ifadəsində hərəkətlərinin özünümüdafiə olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR