Bu gün Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsidir.AZXEBER.COM-un məlumatına görə, bu gün ona hökm oxunmalıdır. Prokuror ona 18 il iş istəyib. O bu cəzanı sərt rejimli həbsxanada çəkməlidir.Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülüb ona görə də yanlış ifadə verdiyini deyib.