Osman Gündüz: “Azərbaycana qarşı kibermüharibə elan edilib”

Osman Gündüz: “Azərbaycana qarşı kibermüharibə elan edilib”
MARAQLI
12:10 17.01.2012
1469

"Azərbaycana qarşı kibermüharibə müharibə elan edilib”. Bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ötən gün bir sıra dövlət qurumlarının rəsmi saytlarına edilən haker hücumunu şərh edərkən bildirib. “Söhbət 40-a yaxın dövlət qurumunun rəsmi saytına olan hücumdan gedir. Biz AİF olaraq bu faktı Azərbaycana qarşı elan olunmuş kibermüharibə kimi qəbul edirik. İlk növbədə Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsi (XDMX), Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məsələ ilə bağlı araşdırma apararaq açıqlama verməlidirlər. Bu qurumlar ilk növbədə “bu hadisə nə üçün baş verib?” sualına cavab tapmalıdırlar. Bundan başqa “hücuma məruz qalan dövlət orqanlarının saytlarının serverləri daxildə, yoxsa xaricdə yerləşir?”, “Bu serverin üzərində yerləşən, hücuma məruz qalan saytları peşəkarlar, yoxsa həvəskarlar hazırlayıb?” kimi suallar da cavabını gözləyir”, - deyə Osman Gündüz vuğurlayıb. AİF-nin prezidenti dövlət qurumlarının öz səlahiyyətlərindən istifadə edərək rəsmi qurumların saytlarının dayanıqlığını yoxlamaq üçün audit aparmalı olduqlarını da bildirib. “Bir məsələni də nəzərə almaq lazımdır ki, əgər adi gündə bu cür hadisə baş verirsə, müharibə zamanı onlar bizim virtual məkanı tam çökdürə bilərlər. Belə bir təhlükə bizi gözləyə bilər”, - deyə Osman Gündüz bildirib. AİF prezidenti hesab edir ki, ötən gün baş verən hadisədən sonra narahatlıq üçün ciddi əsas var: "Mən əslində gözləyirdim ki, gecə saat 00:00-da olsa, dövlət müşavirəsi keçirilərək məsələ aydınlaşdırılacaq. Milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya təhlükəsizliyi təhlükə altında qalıb, ancaq heç bir müşavirə və bəyanat yoxdur. Mən hesab edirəm ki, adını çəkdiyim qurumlar araşdırma apararaq cəmiyyətə nə baş verdiyi haqqında açıqlama verməlidir”. Osman Gündüz haker hücumlarının haradan qaynaqlandığının müəyyənləşdirilməsinin mümkünlüyünü də qeyd edib. “XDMX, MTN və RİTN kimi rəsmi qurumların həmin saytların yerləşdiyi serverdə monitorinq aparmaq səlahiyyəti var. Düşünürəm ki, bu hücumların hansı İP ünvanlardan edildiyini müəyyənləşdirmək nəzəri və praktiki cəhətdən mümkündür”, - deyə Osman Gündüz bildirib. Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mövqeyini öyrənməyə çalışdıq. RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov ANS PRESS-ə açıqlamasında mütəxəssislərin ötən gün baş vermiş hadisə ilə bağlı araşdırma apardıqlarını bildirdi. Nazirlik rəsmisi araşdırma yekunlaşdıqdan sonra hər hansı məlumatın verilməsinin mümkün olacağını söylədi. “Ötən gün 20-yə yaxın rəsmi qurum və qeyri-hökumət təşkilatlarının saytına haker hücumu olub. Hücum kütləvi xarakter daşıdığından araşdırma bir qədər vaxt aparacaq. Araşdırma tam yekunlaşdıqdan sonra mətbuata məlumat veriləcək”, - deyə Müşfiq Əmirov bildirib. Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsi (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) rəsmi saytları dağıdılmışdı. Bundan sonra müvafiq olaraq Təhsil Nazirliyinin edu.gov.az, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, habelə Abşeron Rayon İcra Hakimiyyətinin absheron.gov.az, Dövlət Gömrük Komitəsi və Təhsil Nazirliyinin strukturlarından olan texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının saytları saytları da haker hücumuna məruz qalmışdı.

Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
13:06 18.09.2026
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:58 18.09.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
12:26 18.09.2026
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü