Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
15:23 31.07.2026
207
Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 4800 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Ə.Şirəliyev saxlanılıb. Araşdırmalarla onun oğurladığı əşyaları satdığı müəyyən edilib.

Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə dəyəri 2000 manat olan velosiped oğurlamaqda şübhəli bilinən 23 yaşlı N.Nəcəfov və 31 yaşlı T.Babayev də saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR