Oveçkin 10 oyuna təqribən beş milyon dollar qazandı

Oveçkin 10 oyuna təqribən beş milyon dollar qazandı
İDMAN
14:25 25.10.2026
191
Milli Hokkey Liqasının (NHL) "Vaşinqton Kepitalz" klubunun rusiyalı kapitanı Aleksandr Oveçkin cari müntəzəm çempionatda 10-cu oyununu keçirib.

AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, buz meydançasına çıxması sayəsində təcrübəli hokkeyçi müqaviləsində nəzərdə tutulan 4.75 milyon dollar məbləğində bonusu hesabına yazdırıb.

Yayda "Vaşinqton Kepitalz" ilə müqaviləsini yeniləyən NHL tarixinin ən yaxşı snayperi ilə 1 illik saziş bağlanmışdı. Müqavilənin baza məbləği 4.25 milyon dollar (bunun 3.25 milyon dolları imza bonusu) təşkil edirdi. Sənəddə həmçinin 10 matç keçirəcəyi təqdirdə əlavə 4.75 milyon dollar bonus ödənilməsi bəndi yer almışdı.

NHL-də 22-ci mövsümünü keçirən Oveçkin son üç il ərzində liqa tarixində karyerası boyunca ən çox məvacib alan hokkeyçi ünvanını qoruyub saxlayır. Oveçkin 21 mövsüm ərzində ümumilikdə 170.7 milyon dollar qazanıb.
OXŞAR XƏBƏRLƏR