Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər

Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər
SOSİAL
12:09 03.09.2026
89
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.

Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:

"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".

Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:

"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
12:36 03.09.2026
Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK
12:34 03.09.2026
ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK
Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?
12:32 03.09.2026
Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?
Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin
12:19 03.09.2026
Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin
Döyülən “Çevik”in son vəziyyəti açıqlandı: Başın açıq yarası… - AÇIQLAMA
12:16 03.09.2026
Döyülən “Çevik”in son vəziyyəti açıqlandı: Başın açıq yarası… - AÇIQLAMA
Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər
12:09 03.09.2026
Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər
Rusiya Paşinyana qarşı hərəkətə keçir: “İrəvanın Qərbə yönəlməsinin qarşısını almağa çalışacaq”
11:51 03.09.2026
Rusiya Paşinyana qarşı hərəkətə keçir: “İrəvanın Qərbə yönəlməsinin qarşısını almağa çalışacaq”
Messiyə Argentinada möhtəşəm jest: Matç dayandırıldı, bütün stadion...
11:45 03.09.2026
Messiyə Argentinada möhtəşəm jest: Matç dayandırıldı, bütün stadion...
Avqustun ən isti günü məlum oldu
11:33 03.09.2026
Avqustun ən isti günü məlum oldu
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi
11:27 03.09.2026
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
11:24 03.09.2026
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin
11:15 03.09.2026
Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin
Ermənistan ruslara viza tətbiq etsə... - Zaxarova
10:55 03.09.2026
Ermənistan ruslara viza tətbiq etsə... - Zaxarova
Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
10:42 03.09.2026
Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
Sığortaolunanların sayında ciddi artım – 8 ayda 104 min nəfər
10:39 03.09.2026
Sığortaolunanların sayında ciddi artım – 8 ayda 104 min nəfər
Lavrov: Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq
10:37 03.09.2026
Lavrov: Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq