İctimai Palatadan APA-ya verilən məlumata görə, Azər İsmayıl 10, Köçəri Nağıbəyli 7, Fəxrəddin Abbas 7, Xəyal Rüstəmov 6, Rüfət Hacıbəyli 5, Sahib Rüstəmli 5 sutka həbs cəzası alıb. Saxlanan şəxslərdən Hüseyn Məlik 100 manat, Nazim Əliyev 50 manat, Əfqan Muxtarlı 50 manat, Ramin Bədəlov 50 manat, Altay Kazımsoy 50 manat cərimə olunaraq sərbəst buraxılıblar.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn xəbərdarlıq edilərək sərbəst buraxılıb. Pənah Hüseynlə yanaşı Afət Hüseynov, Kəmalə Xəlilova, Rauf Məmmədov, Zöhrab Həsənov, Tariyel Şükürlü, Rövşən Allahverdiyevə də xəbərdarlıq edilib və adı çəkilən şəxslər sərbəst buraxılıblar. İbrahim Əhmədzadə, Bəxtiyar Tağıyev, İbrahim Hacıbəyli, Gözəl Bayramlı və Elman Türkoğlunun işi hazırda məhkəmədədir.
Qeyd edək ki, aprelin 17-də ümumilikdə 40 nəfərin işi məhkəmələrə göndərilib.