Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etdi
Bütün Xəbərlər
17:45 01.02.2012
1275
Pakistan İslam Respublikasının Senatı bu gün Azərbaycan Respublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verilən məlumata görə, senat bu qətnaməni “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra qəbul edib.Qətnamədə qeyd edilir ki, Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyir.Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.