Pakistanın nüfuzlu jurnalında 'Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları' adlı məqalə dərc edilib
GƏNCLİK
13:07 08.05.2012
1760
Pakistanın "Liberty" jurnalında tanınmış alim, şair və publisist, professor Casim Takinin "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" adlı məqaləsi dərc edilib.AZXEBER.COM xəbər verir ki, məqalədə Moskvada keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin Baş Assambleyasında 2020-ci il Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün Azərbaycanın öz namizədliyini irəli sürdüyünü qeyd edən Taki ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyin irəli sürülməsində və hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını bildirib. Müəllif Mehriban xanım Əliyevanın bu mövzuda danışarkən "2020-ci il Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsü hökumət və xalq tərəfindən dəstəklənir. Qədim tarixi irsə malik olan şəhərimiz Şərqin və Qərbin qovuşduğu nöqtədə yerləşib... Olimpiya Oyunlarında bir müstəqil ölkə kimi nisbətən yaxın keçmişdən iştirak etməyimizə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz doğurudan da bu Oyunları ölkəmizdə keçirmək əzmindəyik və bunun üçün siyasi və maddi dəstək verməyə hazırıq..." dediyini vurğulayıb. Professor Taki Mehriban xanım Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirib. Daha sonra yazar Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial layihələr barədə geniş məlumatlar verib. Bildirib ki, ölkənin birinci xanımı xeyriyyəçilik fəaliyyətinə, həmçinin dünya mədəniyyəti irsinin qorunub saxlanmasına görə YUNESKO-nun xoşməramlı səfiri seçilib, bir neçə inkişaf etmiş ölkələrin medal və ordenləri ilə təltif olunub. Şair Casim Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr etdiyi şeirini yazıb. Məqaləni aşağıdakı linklərdən oxumaq mümkündür. https://azembassy-pakistan.com/archives/939https://www.jassimtaqui.com/2012/04/mehriban-aliyeva-and-2020-olympic-games.html