“Palmali” Bəxtiyar Vahabzadə adına tankeri suya endirdi

“Palmali” Bəxtiyar Vahabzadə adına tankeri suya endirdi
Bütün Xəbərlər
10:10 25.05.2012
1644
“Palmali” şirkətlər qrupu “Beşiktaş” gəmiqayırma zavodunda sayca 6-cı olan daha bir tanker suya endirilib. Azərbaycanı dünya sularında tanıdacaq növbəti tankerə ölkəmizin görkəmli şairi Bəxtiyar Vahabzadənin adı verilib.
Beynəlxalq tələblərə tam cavab verən yeni RST22M layihəli tankerin uzunluğu 140 m, eni 16 m, hündürlüyü isə 6 metrdir. Gəminin ümumi yükdaşıma qabiliyyəti 7100 tondur. Tanker neft və benzin, o cümlədən neft məhsullarının daşınması üçün nəzərdə tutulub.
Xalq şairinin adını daşıyan gəmini dünya sularına yola salmaq üçün Türkiyəyə gedən şairin xanımı Dilarə Vahabzadə bu hadisədən qürur hissi keçirdiyini söylədi. Gəminin “Xaç anası” da Dilarə Vahabzadə olub.
“Mənə bu xəbəri deyəndə cox təəccüb hissi kecirdim. İnana bilmədim ki, quruda şöhret daşıyan insanın adı indi də dənizdə, okeanlarda tanınacaq. Mübariz Mənsimov ve şirketin əməkdaşlarına minnətarlıq edirəm. Men elə bilirdim ki, arxamdakı dağ uçmuşdu. İndi ele bil daha da möhkemlendi. Gəmiyə uğur ve səadət arzu edirəm” – deyə Dilarə Vahabzadə bildirib.
Tankerin suya endirilmə mərasimində “Palmali” şirkətlər qrupunun vitse prezidenti Marif Mənsimov, Beşiktaş gəmiqayırma zavodunun nümayəndələri, şairin xanımı Dilarə Vəhabzadə, oğlu Azər Vahabzadə ilə yanaşı yerli və xarici qonaqlarda iştirak edib.
Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzəsində yüklərin daşınması üzrə ixtisaslaşıb. “Palmali” Rusiyanın cənub hissəsindəki çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olan iri şirkətdir. Yükdaşımaların həcmini ve müxtəlif tonnajlı müasir gəmilərinin sayını artıran “Palmali” Şirkətlər Qrupu dənizdə mövqeyini gücləndirməkdə davam edir.
OXŞAR XƏBƏRLƏR