Partiya sədrindən Elgiz və Zaura ağır sözlər

Partiya sədrindən Elgiz və Zaura ağır sözlər
MEDİA
18:30 06.07.2013
5981
AZXEBER.COM Azərbaycan Demokratik Maarifçilik partiyasının sədri, "Lider TV"də yayımlanan "Mövqe" verilişinin müəllifi və aparıcısı Elşən Musayevin müsahibəsini təqdim edir:

- Elşən müəllim, bir neçə gün öncə MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun mütəxəssisləri tərəfindən teleradio yayimcilarinin ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cu ilin may-iyun aylari üçün apardığı monitorinqin nəticələrini açıqlandı və həmin nəticələr bu günə qədər çox ciddi polemikalara, fərqli müzakirələrə yol açmaqdadır. Həmçinin həmin hesabatda sizin aparıcılığınız da ön plana çəkilib və “Lider”kanalında müəllifi olduğunuz “Mövqe”verilişi ən yaxşılardan biri kimi göstərilib. İlk öncə bu haqqda fikirlərinizi almaq istərdik.- Öncəliklə qeyd edim ki, televiziya, efir məkanı ölkənin ictimai-siyasi-mədəni həyatı üçün son dərəcə ciddi önəm kəsb edən bir sahədir. Bu haqqda dəfələrlə danışılıb, ən çox da neqativ tərəflər mütəmadi olaraq qabardılıb. Əgər xatırinizdədirsə, bir neçə il öncə Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev də bu mövzu ilə bağlı geniş məqalə ilə çıxış edib, haqqlı iradlarını bildirib, tövsiyyələrini vermişdi. Və bu həm də o demək idi ki, qeyd olunan məsələ bir tək cəmiyyət üçün deyil, eyni zamanda hakimiyyət təmsilçiləri üçün də həssas və diqqət mərkəzində olan məsələdir.Çünki efirdə görünən və xalqla birbaşa təmasa çıxan insanın yükü, missiyası böyükdür. O yük, missiya hər anlamı ilə dərk edilməlidir. Tamaşaçıya təqdim olunan istənilən veriliş- o hansı sahəni əhatə edirsə etsin, fərq etməz - ciddi keyfiyyət və maraq göstəricisinə sahib olmalıdır. Və ya bir az da sadə dildə desək insanlar tərəfindən “yeyilməlidir”. Odur ki, bu gün həmin mövzunun yenidən bir başqa formada qabardılmasını, eyni zamanda çox ciddi müzakirə pridmetinə çevrilməsini tam normal və təbii qəbul edirəm. Hətta alqışlayıram.- Bəs bütün bu göstərilən iradların, verilən tövsiyyələrin nəticəsi oldumu? Yəni müsbətə doğru dəyişikliklər varmı?- Əlbət ki,var. Sadəcə bilirsiniz, bu məsələ həm də yanaşma və zövq məsələsi ilə də bağlıdır. Və ya belə deyək, hər insan keyfiyyət göstəricisni təyin etmək, məsələyə peşəkar nöqteyi nəzərdən yanaşmaq gücündə deyil. Məsələn baxın, həmin o qeyd etdiyiniz hesabatda çoxdandır efir məkanında yer alan, hətta bəzən ciddi baxılma reytinqinə sahib olan verilişlərin adları yoxdur. Nə də onların aparıcılarının. Misal olaraq, Zaur Baxşəliyev və ya bir başqası. Hətta çoxları sual da edir ki, nə əcəb filankəsin adı çəkilmədi. Demək olmur ki, filankəsin adının çəkilməmə səbəbi, elə həmin filankəsin özüdür.Çünki izah etdiyin anda gərək məsələnin tam dərinliklərinə, təfsilatına qədər gedəsən. Bu da mümkün deyil. Ona qalsa, Elgizi də çox adam tanıyır. Bu o anlama gələ bilərmi ki, adını çəkdiyim adam peşəkardır? Xeyr əlbətdə. Nə Zaur, nə Elgiz nə də onlara bənzəyən aparıcılar peşəkarlığın yüz kilometrlik həndəvərində belə deyillər. İstəsələr də, arzulasalar da, ola bilməzlər. Çünki televiziyanın nəzəriyyəsindən, jurnalistikanın əlifbasından, efir məkanının ən kiçik protokol qaydalarından xəbərsizdirlər.Sadəcə bəxtləri gətirib, nə zamansa əllərinə fürsət düşüb, ortalığa çıxıblar. Oysa ki, məntiqlə belə olmamalı idi təbii. Və eyni zamanda qeyd edim ki, bir siyasi fəal olaraq mən də təxminən 1 ay öncə müzakirə etdiyimiz məsələ ilə bağlı dövri mətbuatda son dərəcə sərt bir yazı ilə çıxış etmişdim. Çünki özümə bir vətəndaş, tamaşaçı borcu bilirdim içimdəkiləri söyləməyi.Və onda da konkret ad çəkərək, xüsusi eyhamla vurğulamışdım ki, Elçin Əlibəyli və onun timsalında peşəkar televiziya “usta”ları, nəzəriyyəçiləri dururkən Elgizləri, Zaurları efir məkanına buraxmaq olmaz. O insanları mən müqayisə edəndə belə xəcalət çəkirəm.

Çünki biri alimdir-Elçin müəllimi nəzərdə tuturam-televiziya ilə bağlı ən gözəl nəzəri kitabları yazıb, digəri isə özünü efirə, tamaşaçıya sırımağa çalışan biri-hansı ki bundan yüz il sonra belə aparıcılığın, televiziyanın nə olduğunu dərk edəcək səviyyədə deyil. Və mən çox sevinirəm ki, Elçin Əlibəyli nəhayət efirə qayıtdı. Amma bütün peşəkarlar qayıtsın. Qayıtsın və sükanı naşılardan, bazar adamlarından alsın. Çünki bu millətin gülməkdən, əylənməkdən daha çox düşünməyə, öyrənməyə ehtiyacı var.- Elşən müəllim, bayaq qeyd elədim, amma cavablandırmadan keçdiniz. Sizin müəllifi və aparıcısı olduğunuz ”Mövqe” verilişi də MTRŞ-nın və dilçi alimlərin ən yaxşı bildikləri sırasındadır. Özünüzü bu sahənin pəşəkarı hesab edirsinizmi?Açığı, bu mənim üçün son dərəcə surpriz oldu. Çünki, həmin monitorinqə qədər sadəcə 6 verilişimiz yayımlanmışdı və belə tezliklə bu nəticəni gözləmirdim. Eyni zamanda bildiyimə görə qeyd olunan nəticələr əsasən nitqdəki qüsurların çoxluq və azlıq meyarı ilə müəyyən edilib. Bu da ümumi kontekstdə xüsusi peşəkarlıq göstəricisi sayılmır. Hərçənd az önəm kəsb edən məsələ də deyil.

Aparıcı səlis, tutumlu və rabitəli danışmalıdır. Bu onun birbaşa borcu, tamaşaçı qarşısında öhdəliyidir. Və unutmayın, intellektual insanlar heç bir zaman ləhcə ilə danışmır. O ki qala konkret olaraq “Mövqe” verilşinə, qeyd etmək istəyirəm ki, bu verilişin hər buraxılışının ərsəyə gəlməsində peşəkar bir komandanın əziyyəti var. Və, o insanlarla işləmək son dərəcə maraqlı və xoşdur. Eyni zamanda bütün uğurlar da, hər birimizindir. Sadəcə həmin peşəkar dostlarım kamera arxasında qalır və görünmür. Hərçənd, ən böyük təbrik və təşəkkür də ilk öncə məhz onlara ünvanlanmalıdır.

OXŞAR XƏBƏRLƏR