"Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir" - Deputat

"Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir" - Deputat
SİYASƏT
14:42 08.05.2024
354
"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasıyla bağlı atılan addım sülh üçün yeni perspektivlər yaradır. Çünki bu addım kifayət qədər qətiyyətli və cəsarətli addımdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Nikol Paşinyanın ehtimal edilən sülh sazişindən danışmasına reaksiya verərkən deyib.
 
Deputat bildirib ki, əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər sülh sazişi imzalana bilər:
 
"Sülhə doğru hərəkətdə sonuncu maneələrdən birini aradan qaldırmış olur. Azərbaycanın 4 kəndi qeyri-şərtsiz qaytarılır. Əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sülhlə əlaqədar müəyyən çərçivə sazişini imzalamaq olar. Lakin burada iki məsələyə aydınlıq gəlməlidir. Bunlardan biri Azərbaycanın Naxçıvana keçidi ilə bağlı maneəsiz kommunikasiyanın təmin olunmasıdır. Bu çox vacib məsələdir. İkinci məsələ isə Ermənistanın heç bir şərt irəli sürməməsidir".
 
Millət vəkili hesab edir ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir:
 
"Məsələnin pis tərəfi ondan ibarətdir ki, bir tərəfdən Paşinyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşməsi üçün Almatıya getməsinə icazə verir, ikinci tərəfdən şərtlər irəli sürür ki, Almatı Bəyannaməsi mümkün sülh sazişində predmetə çevrilməlidir, ya da mümkün sülh sazişinə əlavə edilməlidir. Əlbəttə ki, bu qeyri-mümkündür. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan tərəfinin rəsmi Bakının qeyd etdiyi kimi hüquq yaradan sənədlər və xəritələr üzərində aparılacaq. Əgər burada hansısa hissədə Almatı Bəyannaməsinə istinad olunacaqsa, başqa bir hissədə başqa sənədlərə istinad ediləcək. Ona görə də əslində Paşinyanın bu cür fikir səsləndirməsi bundan ibarətdir ki, 1969-cu ilə qədər Azərbaycandan oğurladıqları bütün torpaqları hüquq yaradan əsaslar oldu, olmadı Almatı Bəyannaməsi adı altında özünküləşdirmiş olsunlar. Bu da təbii olaraq mümkün deyil. Bu səbəbdən də mən düşünürəm ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkərsə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edərsə, yəqin ki, COP-29-a qədər sülhlə əlaqədar çərçivə sazişi imzalana bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı