Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?
SİYASƏT
16:24 09.07.2026
376
Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifinq zamanı bildirib ki, layihənin dəqiq təqdimat tarixini açıqlaya bilməsə də, yeni Konstitusiyanın mətni ilin sonunadək dərc ediləcək.

Ermənistanda Konstitusiyanın dəyişdirilməsi təşəbbüsü hakimiyyət tərəfindən son illərdə aparılan islahatların tərkib hissəsi kimi təqdim olunur. Rəsmi İrəvan hesab edir ki, mövcud Konstitusiya ölkənin hazırkı siyasi və hüquqi reallıqlarına tam uyğun gəlmir və yeni idarəetmə modeli, dövlət institutlarının fəaliyyəti, vətəndaş hüquqları, məhkəmə sistemi və digər mühüm məsələlər üzrə dəyişikliklərə ehtiyac var.

Yeni Konstitusiya ilə bağlı müzakirələrin əsas mövzularından biri isə sənəddə yer alan bəzi müddəalardır. Xüsusilə Azərbaycanın uzun illər etiraz etdiyi, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən hissələrin dəyişdirilməsi məsələsi diqqət mərkəzindədir. Azərbaycan həmin bəyannamədə ölkənin ərazi bütövlüyünə qarşı iddialar əks olunduğundan, davamlı sülh sazişinin imzalanması üçün bu müddəaların Konstitusiyadan çıxarılmasıni istəyir. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsiplərindən irəli gəlir:

"Azərbaycanın mövqeyi kifayət qədər aydındır və bu mövqe hər hansı əlavə tələb deyil, beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsiplərindən irəli gəlir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəaların mövcudluğu sülh prosesinin qarşısında duran əsas maneələrdən biridir. Əgər İrəvan regionda uzunmüddətli sabitliyin və normal qonşuluq münasibətlərinin formalaşmasında həqiqətən maraqlıdırsa, həmin müddəaların yeni Konstitusiyada öz əksini tapmaması və ya tamamilə aradan qaldırılması zəruridir.

Paşinyan hakimiyyəti son dövrlərdə bu istiqamətdə müəyyən siqnallar versə də, yekun nəticəni yalnız dərc olunacaq layihənin məzmunu əsasında qiymətləndirmək mümkündür. Ona görə də indiki mərhələdə bəyanatlardan daha çox hüquqi sənədin konkret məzmununa diqqət yetirmək lazımdır. Azərbaycan üçün əsas məsələ Ermənistanın gələcəkdə hər hansı revanşist iddialar üçün provokativ əsas saxlamamasıdır”.

Parlamentari qeyd edib ki, konstitusiyanın dəyişdirilməsi avtomatik olaraq sülh sazişinin imzalanacağı anlamına gəlmir:

"Konstitusiyanın dəyişdirilməsi avtomatik olaraq sülh sazişinin imzalanacağı anlamına gəlmir. Bu, sülhə aparan yolda ən vacib şərtlərdən biri sayıla bilər, lakin yeganə şərt deyil. Sülh yalnız sənəd imzalamaqla deyil, həm də həmin sənədin arxasında dayanan siyasi iradə və hüquqi təminatlarla ölçülür. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tərəflər arasında etimadın formalaşmasına ciddi töhfə verə bilər. Bununla belə, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, revanşist yanaşmalardan imtina və imzalanacaq razılaşmaların praktik müstəvidə icrası kimi məsələlər də sülh prosesinin ayrılmaz tərkib hissəsidir.
Bu baxımdan Konstitusiyanın dəyişdirilməsi sülhün özü deyil, sülh üçün vacib siyasi zəmin yaradan mühüm addım kimi qiymətləndirilməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda dəhşətli hadisə: kişi keçmiş arvadını küçədə öldürdü - VİDEO
18:26 09.07.2026
Bakıda dəhşətli hadisə: kişi keçmiş arvadını küçədə öldürdü - VİDEO
Çində ayaqqabı fabrikində yanğın - itkin düşənlər var
18:12 09.07.2026
Çində ayaqqabı fabrikində yanğın - itkin düşənlər var
Mənzildə it və pişik saxlamaq qadağandır? – Vəkildən açıqlama
17:49 09.07.2026
Mənzildə it və pişik saxlamaq qadağandır? – Vəkildən açıqlama
Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı
17:37 09.07.2026
Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
17:20 09.07.2026
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Vəkil adı ilə fəaliyyət göstərənlərə sərt xəbərdarlıq: Cinayət işi açıla bilər
17:16 09.07.2026
Vəkil adı ilə fəaliyyət göstərənlərə sərt xəbərdarlıq: Cinayət işi açıla bilər
ChatGPT üçün internet pulsuz oldu
16:48 09.07.2026
ChatGPT üçün internet pulsuz oldu
Əmralı Şirəliyev faciəvi şəkildə öldü
16:43 09.07.2026
Əmralı Şirəliyev faciəvi şəkildə öldü
Fransada istilər həyatı iflic etdi: 72 bölgədə həyəcan siqnalı, qatar reysləri ləğv olundu
16:37 09.07.2026
Fransada istilər həyatı iflic etdi: 72 bölgədə həyəcan siqnalı, qatar reysləri ləğv olundu
Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi
16:29 09.07.2026
Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi
Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?
16:24 09.07.2026
Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?
Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı - FOTOLAR
15:55 09.07.2026
Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı - FOTOLAR
Yay tətilində uşaqları telefondan necə uzaq saxlamaq olar? – Ekspertdən tövsiyələr
15:42 09.07.2026
Yay tətilində uşaqları telefondan necə uzaq saxlamaq olar? – Ekspertdən tövsiyələr
Venera bürc dəyişdi: Sevgi və pulla bağlı hər şey dəyişəcək
15:34 09.07.2026
Venera bürc dəyişdi: Sevgi və pulla bağlı hər şey dəyişəcək
Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
15:21 09.07.2026
Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
Qurban Qurbanov onları iştirak ərizəsinə salmadı
15:20 09.07.2026
Qurban Qurbanov onları iştirak ərizəsinə salmadı